Bölgə klubundan təklif aldı, düşünmək üçün vaxt istədi

22 May 2024 21:00 Araz-Naxçıvan 1 258
Bölgə klubundan təklif aldı, düşünmək üçün vaxt istədi

Elmar Baxşıyevin növbəti mövsümdə sərəncamında görmək istədiyi futbolçulardan biri Miço Kuzmanoviçdir.

Əldə etdiyimiz bilgiyə görə, bosniyalı vingeri özü də karyerasını “Araz-Naxçıvan”da davam etdirməkdə maraqlıdır. Yeni müqavilə üçün rəhbərliyə şərt irəli sürən Miço qarşı tərəfdən cavab gözləyir.

28 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:

“Hələ ki, yekun qərar qəbul etməmişəm. “Qarabağ”la oyundan sonra nəsə demək olar. Rəhbərliklə ətraflı söhbətimiz baş tutacaq. Yalnız bundan sonra “Araz-Naxçıvan”da qalıb-qalmayacağım bilinəcək”.

Miço Kuzmanoviç cari Premyer Liqa mövsümündə meydana çıxdığı 34 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti