COP29

Tanışı braziliyalı vingeri Azərbaycan klubuna qaytarır

21 May 21:00 Araz-Naxçıvan 5 954
Tanışı braziliyalı vingeri Azərbaycan klubuna qaytarır

Bu mövsümü İsraildə keçirən Felipe Santos yenidən Azərbycana dönməyə yaxındır.

Sözügedən ölkədə "Hapol Hayfa"nın formasını geyinən braziliyalı legioner Premyer Liqamızdan növbəti təklif alıb.

Üç il Azərbaycanda "Şamaxı" və "Qəbələ"nin uğurları üçün çalışmış vingerə bu dəfə “Araz-Naxçıvan”dan dəvət gəlib.

Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev “Qəbələ”də bir yerdə çalışdığı 27 yaşlı “sambaçı”nı yenidən öz sərəncamında görmək arzusundadır.

O, artıq bu istəyi barədə cənubi amerikalını məlumatıandırıb. Felipe şərtlərlə tanış olandan sonra ilkin razılığını verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"