COP29

Azərbaycan klubu 2 aylıq müqavilə bağladığı baş məşqçi haqda bu qərarı verdi

21 May 15:00 Araz-Naxçıvan 3 184
Azərbaycan klubu 2 aylıq müqavilə bağladığı baş məşqçi haqda bu qərarı verdi

Martda «Araz-Naxçıvan»a təyinat alan Elmar Baxşıyev gələn mövsümə də hazırkı klubunda başlayacaq.

Hər halda əldə etdiyimiz yeni informasiya kifayət qədər maraqlıdır.

«Qəbələ»dən uzaqlaşdırılandan az sonra Muxtar Respublika təmsilçisində işə götürülən baş məşqçi gələn sezonun planlarının icrasına start verib.

O, başqa klublarda forma geyinən bir sıra futbolçularla əlaqə saxlayaraq, «Araz»la müqavilə bağlamağa dəvət edib.

Əgər Baxşıyev rəhbərliklə danışmasa və önümüzdəki «futbol ili»ndə də burada qalacağına dair zəmanət almasa, niyə əmin-arxayın şəkildə transfer çalışmalarına girişsin ki?

Demək ki, tərəflər arasında söhbət və razılaşma olub, o da bunun əsasında əl-qolunu çırmalayıb.

Baxşıyevin vəzifə başına keçdiyi müddətdə «Araz» cəmi 1 qələbə qazanıb, qalan oyunların hamısını uduzub. Görünür ki, bu, onun mövqeyinə hələ mənfi təsir göstərməyib.

Yaxud da ki, «Araz»da çalışmasına kömək olan şəxslər növbəti dəfə müvafiq xahişlə klub yönətiminin qapısını döyüb. Ki, 43 yaşlı məşqçiyə daha bir mövsüm şans verilsin.

Yoxsa xüsusi şərtlə martda 2 aylıq müqaviləyə imza atmış Baxşıyev indi özündə bu qədər rahatlıq tapmazdı.

Çünki həmin vaxt açıqlanan anlaşma şərtinə görə, o, iki öhdəlik götürüb: baxımlı oyun/ nəticə və nizam-intizam sarıdan tədbirlərin görülməsi.

«Araz» yeni baş məşqçinin gəlişindən sonra nə nəticə qazana, nə də yaxşı oyun göstərə bilir. Komanda əvvəlkindən daha bərbad təsir bağışlamağa başlayıb. İntizama qalınca, hələlik bu kimi çalışmaların müsbət təsirindən danışmaq olmur.

Oyun və nəticə planında hər hansı irəliləyiş qeydə alınmırsa, hansı nizamlı işdən danışmaq mümkündür ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!