Qəbələyə görün kim gəlir!

18 May 2024 23:00 Araz-Naxçıvan 6 059
Qəbələyə görün kim gəlir!

35-ci turun maraqlı qarşılaşmalarından biri Qəbələdə baş tutacaq.

Yerli komanda ilə “Araz-Naxçıvan”ın duelinin yekun nəticəsi prinsipcə ciddi mənada heç nəyi həll etmir.

“Qırmızı-qaralar”ın elitanın sonuncu olacağı dəqiqləşib, naxçıvanlılar növbəti mövsüm üçün Premyer Liqada yerini qoruyub. Olsa-olsa “Kəpəz”lə 8-ci yer uğrunda mübarizə hansısa mənada önəm daşıya bilər.

Turun bazar günü keçiriləcək yeganə qarşılaşmasında ən çox diqqətləri çəkən məqam Elmar Baxşıyevin adıdır.

Futbolçu karyerasının son illərini “Qəbələ” formasında keçirən, məşqçiliyə bu klubun akademiyasında başlayıb əvəzedici komandaya qədər gələn, 2020-ci ildən 2024-cü ilə qədər əsas komandada baş məşqçi postunu tutan 43 yaşlı mütəxəssis məşqçilik karyerasında ilk dəfə Qəbələyə qonaq qismində təşrif buyuracaq.

Məhz bu məqamın 90 dəqiqə ilə bağlı ən maraqlı görüntüləri belə kölgədə qoyacağı şübhə doğurmur.

Baxşıyevin həyatının 13 ilini həsr etdiyi şəhərdə azarkeşlər və futbolçular tərəfindən necə qarşılanacağı, xələfi Kaxaber Tsxadadze ilə oyunun gedişindəki münasibətləri, matçın hansı hesabla başa çatacağı səbrsizliklə gözlənilir.

Hər kəsin gözü Elmar Baxşıyevdə, onun hərəkətlərində və şəxsinə münasibətdə olacaq.

Bu oyunu mütləq və mütləq izləmək lazımdır.

Mayın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!