Azərbaycan klubu Moldova millisinin üzvü ilə ANLAŞDI

18 May 2024 22:20 Araz-Naxçıvan 3 057
Azərbaycan klubu Moldova millisinin üzvü ilə ANLAŞDI

Yeni mövsümlə bağlı hazırlıqlara indidən başlayan "Araz Naxçıvan" daha bir legionerlə anlaşıb.

Naxçıvan təmsilçisi Kristian Avramla yola davam etməyə qərar verib.

Mövsümün sonu müqaviləsi bitəcək moldovalı qolkiperlə yeni anlaşma əldə olunub.

O, qarşıdakı 1 il ərzində də “ağ-qırmızılar”ın qapısını qoruyacaq.

193 sm boya malik olan futbolçu ötən ildən təmsilçimizin şərəfini qoruyur.

Moldova millisinin də üzvü olan 29 yaşlı qolkiper bu mövsüm meydana çıxdığı 36 oyunda qapısında 47 qol görüb.

Onun "Araz"a qədər son klubu vətənində “Petrocub” olub. Daha əvvəl isə Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo -Auto”, “Daçia” komandalarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM