Portuqaliyalı legioner Azərbaycanda qalmağa qərar verdi

16 May 2024 19:40 Araz-Naxçıvan 1 346
Portuqaliyalı legioner Azərbaycanda qalmağa qərar verdi

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Nuno Rodriges gələcək karyerası ilə bağlı son qərarını verib.

O, hazırkı klubundan aldığı yeni təklifə müsbət reaksiya verib.

Yeni anlaşmaya görə portuqaliyalı legioner qarşıdakı mövsümü də "Araz" formasında keçirəcək.

Ötən yay Muxtar Respublika klubuna transfer olunan vinger arxada qalan müddətdə meydana çıxdığı 36 matçda 1 qol, 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik