Premyer Liqa klubunda birillik YENİ ANLAŞMA

15 May 2024 19:40 Araz-Naxçıvan 1 319
Premyer Liqa klubunda birillik YENİ ANLAŞMA

Vadim Abdullayev növbəti mövsüm də "Araz Naxçıvan"ın şərəfini qoruyacaq.

Muxtar Respublika təmsilçisi yayda müqaviləsi bitəcək yarımmüdafiəçi ilə yeni anlaşma əldə edib.

Müddət isə bir il nəzərdə tutulub.

Təcrübəli futbolçu 2022-ci ildən "Araz"ın uğurları üçün çalışır.

29 yaşlı futbolçu bu mövsüm 33 oyunda meydana çıxıb və 1 asistlə yadda qalıb.

Vadim karyerası ərzində "Bakı", "Qəbələ", "Simurq", "Sumqayıt" və "Sabah" komandalarının şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik