COP29

“Məğlubiyyətə konkret səbəb göstərməkdə çətinlik çəkirəm"

8 May 00:50 Araz-Naxçıvan 310
“Məğlubiyyətə konkret səbəb göstərməkdə çətinlik çəkirəm"

“Erkən qol buraxdıq. Nə etmək olar?

Qol fantastik idi. Heç cür qarşısını ala bilmədik.

Sonradan üstünlüyü ələ alsaq da, rəqib qapısına yol tapa bilmədik və yekunda məğlub olduq”.

bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi İldar Alekperov Premyer Liqanın 33-cü turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, rəqib qapısına az zərbə endirdiklərini bildirib:

“Məğlubiyyətə konkret səbəb göstərməkdə çətinlik çəkirəm. Ola bilər, son ötürmələri verə bilmirdik.

Yaxud həlledici zərbələr çatışmırdı. Qapıya çox az zərbə endirdik”.

Qışda Naxçıvan klubuna qoşulan İldar Alekperov komandanın mövsümün ikinci yarısında zəif çıxışının səbəbi ilə bağlı fikir bildirməkdə çətinlik çəkib:

“Mövsümün ilk yarısında “Araz-Naxçıvan” həqiqətən də xoş təsir bağışlayırdı. Hətta “Qarabağ”ı məğlub etmişdi.

Eləcə də digər iddialıları. Lakin qış fasiləsindən sonra vəziyyət dəyişdi.

Mən komandaya yanvarda qoşulduğum üçün hansı dəyişikliklər olduğunu söyləməkdə çətinlik çəkirəm. İlk dövrədə “Araz-Naxçıvan”ın üzvləri qaçan, mübarizə aparan, öz gələcəkləri üçün vuruşan gənclər idi”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq