COP29

Baş məşqçi hay-küydən xoşlanmadı, əmr verdi, səs kəsildi

2 May 14:40 Araz-Naxçıvan 747
Baş məşqçi hay-küydən xoşlanmadı, əmr verdi, səs kəsildi

“Araz-Naxçıvan” nəhayət qələbə qazandı.

Sonuncu dəfə fevralın 13-də “Neftçi”ni məğlub edən naxçıvanlılar həmin tarixdən bu yana Premyer Liqada keçirdiyi 9 qarşılaşmanın 2-də heç-heçə edib, 7-ni məğlubiyyətlə başa vurmuşdu.

Yeni baş məşqçinin rəhbərliyi altında qalibiyyətə sevinəcəkləri hardasa gözlənilən idi. Lakin bu formada, bu dərəcədə çılğınlıqla yox.

Oyun başa çatan kimi paltardəyişmə otağına tələsən futbolçular oranı toyxanaya çevirmişdi.

Qapını açıq qoyaraq müxtəlif növ musiqi sədaları altında rəqs edən oyunçular sanki qələbə qazandıqlarını bütün Zirəyə bildirmək istəyirdi. Kənardan rəqibə qıcıq verirlərmiş kimi görünürdü, açığı.

Kef-damağın qarşısını Elmar Baxşıyev aldı. İntizam tərəfdarı olan çalışdırıcı “CBC Sport”a müsahibədən qayıdarkən gördüyü mənzərədən xoşlanmayınca, musiqinin səsinin alınmasını, qapının bağlanmasını tələb etdi.

Patronun əmri dərhal yerinə yetirildi. Yəqin ki, futbolçular da baş məşqçinin nə demək istədiyini anladılar.

Hər kəsin qələbəyə sevinmək haqqı var. Amma bunu normasında, lazım olan yerdə və anda, etik qaydalara uyğun formada etmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti