Elmar Baxşıyev uduzan komandasına "etirazım yoxdur" söylədi

21 Aprel 21:25 Araz-Naxçıvan 466
Elmar Baxşıyev uduzan komandasına "etirazım yoxdur" söylədi

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 31-ci turunun - "Səbail" görüşündən (0:2) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb:

- Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Sezonun sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir.

- Komandada qalası olsanız, heyətdə çoxlu dəyişikliklər edəcəksiz?

- Yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə... Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq.

- Neçə turdur ki, uduzursuz. Bu məqam psixoloji cəhətdən komandaya necə təsir edir?

- Çalışırıq ki, komandanın üzərində təzyiq olmasın. Bu gün məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil. Oyunçular meydanda çalışırlar. Ani diqqətsizlik nəticəsində qapımızda iki standart vəziyyətindən qol gördük. Bu da qaçılmazdır.

- Hakimliklə bağlı fikriniz necədir?

- Bugünkü oyundan danışırıqsa, hakim oyunun nəticəsinə təsir etmədi. Sadəcə, bəzi epizodlarda mübarizəni davam etdirə bilərdi. Amma çox xırda foullarla müdaxilələr etməyə çalışırdı. Bu gün hakimlik pis deyildi.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI