Gecikən istefa - O, çoxdan buradan ayrılmalı idi

12 Aprel 22:55 Araz-Naxçıvan 7 343
Gecikən istefa - O, çoxdan buradan ayrılmalı idi

Azər Bağırov “Kəpəz”ə sürpriz və şübhəli məğlubiyyətdən sonra istefa verdi.

Ölkənin istedadlı məşqçilərindən olan çalışdırıcı indi yox, çoxdan getmıəliydi.

Klub rəhbərliyi heç bir tutarlı əsas olmadan Vadim Abdullayevi komandadan kənarlaşdırmaqla bağlı göstəriş verəndə.

Bağırov bəzi futbolçuların hansısa “oyunların” iştirakçısı olduğunu hiss edəndə.

Parlaq qələbə və heç-heçələrə görə qəpik-quruş (mükafat) veriləndə.

Klubun qeyri-rəsmi rəhbəri Zaur Axundov baş məşqçinin işinə müdaxilə edəndə.

Getmədi, dözdü, yaxşı olacağına ümid etdi. Region Liqasından götürüb Premyer Liqaya qədər qaldırdığı, “Neftçi”, “Qarabağ”, “Zirə” kimi güclü rəqibləri məğlub etməyi bacardığı komanda ilə daha yaxşısını edəcəyinə əmin idi.

Düşünürdü ki, onu postundan göndərmək üçün gecəsini gündüzünə qatanlar bir gün ayılacaq, doğru yolda olmadıqlarını anlayıb yolun ortasından qayıdacaq. O, ümid edirdi. Ancaq qarşı tərəfdə olanlar öz işindəydi.

Bağırov özünə qarşı edilən haqsızlıqlara dözməyib çantasını yığıb, qardaşını da götürüb getdi. İtirən təbii ki, “Araz-Naxçıvan” oldu.

Bağırov ən qısa zamanda yeni işin başına keçəcək və məşqçi kimi yarımçıq qalan yoldan davam edəcək. Bəs, “Araz-Naxçıvan” klubdakı bəzi adamların xarakteri ilə hara qədər gedəcək?

Elmar Baxşıyevə uğurlar arzulayıb gözləyək, hadisələrin hansı məcrada davam edəcəyinə tamaşa edək. Təki ölkə və Naxçıvan futbolu üçün xeyirlisi olsun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti