"Futbolçular dediyimiz şeyləri meydanda icra etmirlər"

5 Aprel 22:15 Araz-Naxçıvan 472
"Futbolçular dediyimiz şeyləri meydanda icra etmirlər"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə normal futbol oynadıq. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə qapımıza iki zərbə var və məğlub olduq. Həqiqətən üzücüdür. Futbolçular bəzi şeyləri fikirləşməlidir.

- Nələri fikirləşməlidir?

-Çox bəsit qollar buraxırıq. Qapıya iki zərbə var, ikisi də qoldur. Futbolçular dediyimiz səyləri meydanda icra etmirlər. Əsasən də müdafiə xəttində.

Digər Xəbərlər
Xəbər Lenti