"Araz-Naxçıvan"a döndü

4 Aprel 2024 20:20 Araz-Naxçıvan 1 193
"Araz-Naxçıvan"a döndü

Premyer Liqanın XXIX turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.

Müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu aprelin 5-də, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək. Stadiona giriş sərbəst (biletsiz) olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!