ifətdəki tüpürcək, peysərdəki ləkə

3 Aprel 23:40 Araz-Naxçıvan 1 152
ifətdəki tüpürcək, peysərdəki ləkə

Bundan sonra kimsə Azər Bağırovu, səni, məni, o birini Hakimlər Komitəsinin müvafiq tapşırıq üzrə işləmədiyinə inandıra bilməz.

Başıma tapança dirəsələr də, inanmaram. Barış Şimşəklə bu işdə onunla əlbir olanlar Qurana əl bassalar da, inanmaram.

“Sumqayıt”la “Araz-Naxçıvan” oyununun başlanğıcında Kamranbəy Rəhimov qonaqların qapısına təyin etdiyi penalti ilə Azərbaycan futbolunun sifətinə tüpürüb, ölkə futbol hakimliyinin peysərinə elə bir ləkə yapşırdırdı ki...

Meydan sahiblərinin hücumçusu topa zərbə vurandan sonra özünü rəqib qapıçıya çırpıb yerə yıxılır. Mübarizə anında moldovalı qolkiper əl-ayağını yığır, rəqibə toxunmamaq üçün lazım olan hər şeyi edir. Kamranbəy mərkəzi göstərir. VAR-dakı Cavid Cəlilovdan “var” qərarı gəlir.

Kimin tapşırığı idi, bilmirəm. Daha doğrusu, təxmin edirəm, amma əlimdə fakt olmadığı üçün Kamranbəylik edib peşəmin etik qaydalarına arxa çevirmək istəmirəm.

Hə, deyək ki, vaxtilə “yuxarıda” oturmuş birinin, ya da faktiki klub prezidenti olan adamın xahiş-minnəti idi. Ya da Kamranbəy kiməsə xoş görünmək üçün əldən-ayaqdan gedirdi. Bu yazıqlar, tapşırığı da səliqəli formada da yerinə yetirə bilmədilər. 90-cı illərin metodundan istifadə edib özlərini gülünc duruma salırlar.

İki il əvvəl olsaydı, “hakim də insandır, səhv edə bilər” bəhanəsinə güzəşt edə bilərdik. Amma VAR olan yerdə bu cür penaltinin verilməsi qərəz və dəstəyin yox, adam səhvin nəticəsi olması ilə həmin gün stadionda olan ən azyaşlı uşağı da inandırmaq olmaz.

Cari mövsümdə bəzi komandalara aşkar dəstək verilir, bəzilərinə aşkar badalaq vurulur. Bunu görməmək üçün bəzi hakimlər kimi kor olasan gərək.

AFFA bu iyrənciliyə münasibət bildirməsə, demək ki, bu işdə müştərəklik var. Kamranbəyə cəza vermək çıxış yolu deyil. İndi mənə onu da heç kim inandıra bilməz ki, mümkün cəza səbəbindən evdə oturacağı ayların pulunu ona tapşırıq verənlərdən almayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti