“Turan”ın Konfrans Liqasına getməsi üçün nə baş verməlidir?

1 Aprel 22:40 Araz-Naxçıvan 623
“Turan”ın Konfrans Liqasına getməsi üçün nə baş verməlidir?

“Turan Tovuz” dördüncü dövrənin ilk görüşünü 1 xalla başa vurdu.

Ev komandası kimi tanınan bölgə təmsilçisi Bakıda “Səbail”lə oyunda rəqibin müqavimətini qıra bilmədi – 1:1.

Toqolu müdafiəçi Emanuel Hakman Sportinfo.az-a müsahibə verərək komandası ilə bağlı sualları cavablandırıb.

- Sentaybrın 1-dən səfərdə qələbə qazana bilmirsiniz. Bu da 10-cu belə oyun oldu.

- “Səbail” yaxşı təşkilatlanmış komandadır. Buna baxmayaraq, rəqibdən geri qaldığımızı düşünmürəm. Gördüyünüz kimi, çox sayda qol imkanları yaratdıq, lakin sonluq çatmadı. Ruhdan düşmürük, qarşıda bizi daha vacib matçlar gözləyir. Onlara hazırlaşacağıq.

- Sanki 1 xal ürəyinizcə oldu.

- Yox-yox. Bura qələbə dalınca gəlmişdik. Bəlkə kənardan dediyiniz kimi görünüb. Məqsədimiz və düşüncəmiz 3 xal əldə etmək idi.

- Bu gedişlə xoşbəxtlərin arasında yer almaq mümkün olacaq?

- İdmançıda ən vacib amil öz gücünə inanmasıdır. Mən və komanda yoldaşlarım özümüzə güvənirik. Mümkünsüz heç nə yoxdur. Oyun planında yaxşı görünürük, motivasiyamız yüksəkdir. Daha çox çalışmaqla avrokuboklara vəsiqə qazana bilərik.

- Bunun üçün nə baş verməlidir?

- Qələbələr qazanmalıyıq. Növbəti 8 oyunda qalib gəlməyi bacarmalıyıq. Bunu edəcəyimizə inanıram.

- İtirilən 2 xal “Sabah”la qarşılaşma öncəsi əhvalınıza mənfi mənada təsir etməyəcək ki?

- Faciə yaşanmayıb. Yaxşı futbol oynayıb, çox sayda qol epizodları yaradıb 1 xal qazandıq. Hər şey qaydasındadır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti