Azərbaycanda futbolçunun etdiyi bu qəribə hərəkəti izləməyən qalmadı - VİDEO

1 Aprel 14:00 Araz-Naxçıvan 5 050
Azərbaycanda futbolçunun etdiyi bu qəribə hərəkəti izləməyən qalmadı - VİDEO

«Araz-Naxçıvan»ın müdafiəçisi Zamiq Əliyev etdiyi hərəkətlə diqqət çəkib.

Hadisə Premyer Liqanın 19-cu turunda «Sumqayıt»la keçirilən matçda baş verib.

Belə ki, «ağ-qırmızılar»ın arxa xətt oyunçusu 90+2-ci dəqiqədə rəqibin hücumçusu Kasemir Ninqanın qapıya zərbə endirməsini əngəlləmək istəyərkən yerə yıxılıb.

Çadlı forvardın önünü kəsən «Qarabağ»ın yetirməsi uzanıqlı vəziyyətdə topu uzaqlaşdırmağa cəhd göstərib. Əliyev bunun üçün 3 cəhd edib.

Görüntülər sosial şəbəkə izləyicilərində Zamiqə rəğbət oyadıb. Komandası naminə sona kimi mübarizə aparan müdafiəçiyə övgülər yağdırıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti