Rəhbər şəxs düşərgəyə baş çəkdi, pul vəd verdi, dilxor getdi

1 Aprel 16:40 Araz-Naxçıvan 1 532
Rəhbər şəxs düşərgəyə baş çəkdi, pul vəd verdi, dilxor getdi

"Araz Naxçıvan" Premyer Liqanın 28-ci turunda "Sumqayıt"ın qonağı oldu.

Ağır səfərdə Muxtar Respublika təmsilçisinin qeyri-rəsmi rəhbəri Zaur Axundov da futbolçuları tək buraxmamışdı.

Start fitindən təxminən yarım saat əvvəl meydançaya enən funksioner kollektivin əksər üzvü ilə bir-bir görüşdü, onlara uğur arzuladı.

Hətta bu əsnada fürsət tapıb oyunun hakim-inspektoru olan Hakimlər Komitəsinin sədri Barış Şimşəklə də ayaqüstü qısaca söhbətləşdi.

Əldə etdiyimiz məlumata görə o,qələbə müqabilində oyunçularına yaxşı mükafat da vəd veribmiş.

Amma nə onun gəlişi, nə də mükfat məğlubiyyətin önünü kəsə bilmədi.

Qonaqların məğlub olduğu (0:1) qarşılaşmadan sonra Axundov birbaşa paltardəyişmə otağına yollandı.

Çox üzgün görünən rəhbər şəxs futbolçulara ürək sözlərini dedikdən sonra arenanın giriş qapısında bir xeyli ayaq üstdə gözləyib, ardınca stadionu tərk etdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti