«Araz-Naxçıvan»ın son aylarda zəif çıxışının əsas səbəbi üzə çıxıb.
Məlum olub ki, Muxtar Respublika təmsilçisinin maliyyə dayaqları zəifləyib.
Problem cari ilin ilk ayından başlayaraq özünü hiss etdirib. Kluba maddi dəstək göstərəcəyinə söz verən iş adamları 2024-cü ilin əvvəlinədək vədini yerinə yetirib, sonrakı müddətdə isə tədricən geri çəkiliblər.
Çox təəssüf ki, bölgə nümayəndəsi hazırda yalnız 1 şəxsin - Zaur Axundovun ümidinə qalıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti isə qardaşı Ramin Axundovun prezidenti olduğu kluba gücü çatdığı qədər yardım edə bilir.
Sözügedən iş adamının imkanları isə illər əvvəlki kimi geniş deyil, məhduddur. O da hara qədər «Araz»ın yükünü çəkməyt bacaracaq, yenə də zaman göstərəcək.
SPORTİNFO.AZ

