Azərbaycanın bu bölgəsində futbola aid işləri Türkiyə şirkəti görəcək

29 Mart 2024 23:40 Araz-Naxçıvan 4 669
Azərbaycanın bu bölgəsində futbola aid işləri Türkiyə şirkəti görəcək

Naxçıvan şəhər stadionun yenidənqurması ilə əlaqəli tender başa çatıb.

Burada 5 şirkət iştirak edib.

Onlardan 3-ü Türkiyə, 1-i Niderland, 1-i də Azərbaycan təmsilçisidir. Hələlik adı bizə bəlli olmayan Türkiyə şirkətlərindən biri tenderi qazanıb.

Xeyli müddətdir təmiri gündəmdə olan arenada işlərə aprelin əvvəlində start veriləcək. Ötən ilin mayından bəri istifadəsiz qalan arenanın ot örtüyü dəyişdiriləcək.

Burada süni meydança salınacaq. Niyə belə?

Naxçıvanın iqlim şərtləri ilə yerində tanış olan ekspertlər təbii qazonun saxlanmasının müşkülə dönəcəyi barədə rapot təqdim edib

Onların gəldiyi rəyə görə, qış ayları sərt keçdiyindən, yaşıl ot örtüyü sıradan çıxacaq. Üstəlik, su ilə təminatda problem yaranacaq.

Bölgəni Premyer Liqada təmsil eləyən «Araz-Naxçıvan» mövsümün qalan hissəsini də Bakıda keçirəcək. «Ağ-qırmızı»ların rəqibləri ilə Mərdəkanda qarşılaşdığını yada salaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!