9 oyunda 6 xal qazanan komandadan uğursuzluğa dair açıqlama verildi

23 Mart 19:25 Araz-Naxçıvan 1 069
9 oyunda 6 xal qazanan komandadan uğursuzluğa dair açıqlama verildi

“Araz-Naxçıvan” mövsümə fırtına kimi başlamışdı.

Premyer Liqanın ilk yarısında “Qarabağ”, “Neftçi”, “Zirə” kimi iddialı rəqiblərini məğlub edən Muxtar Respublika təmsilçisi turnir cədvəlinin üçüncü pilləsinə qədər yüksəlməyi bacarmışdı.

Lakin yeni ildən etibarən işlər qaydasında getmir. Kubok mübarizəsini vaxtından əvvəl başa vuran Azər Bağırovun çalışdırdığı kollektiv çempionatda keçirdiyi son 9 oyunun 5-də məğlub olub, 3-də bərabərə qalıb və yalnız “Neftçi”ni məğlub olub.

Mümkün 27 xaldan cəmi 6-sını aktivini yazdıran naxçıvanlılar turnir cədvəlinin 8-ci pilləsinə yuvarlanıb ki, 9-cu yerdəki “Kəpəz”lə xal fərqi vur-tut 5-dir.

“Araz-Naxçıvan”ın futbolçusu Nicat Süleymanov Sportinfo.az-a açıqlamasında komandasındakı eniş barədə danışıb:

“Məşqlərimiz, oyuna hazırlıq planı əvvəlki şəkildə davam edir. Yəni bu mənada dəyişən bir şey yoxdur.

Əvvəl necəydisə, bu gün də elə. Komandada ab-hava da yaxşıdır, hansısa çətinliyimiz yoxdur.

Rəhbərlik də sağ olsun, lazım olan dəstəyi verir. Dəqiq səbəb göstərə bilməyəcəm.

Müəyyən mənada yorğunluğun rolu var. Amma əsas səbəb üstün oynadığımız matçları qələbəsiz başa vurmağımızla bağlıdır.

“Səbail”lə görüşdən 3 xalla ayrılmalıydıq, 1 xal götürdük. “Turan Tovuz”la qarşılaşmada hakim səhvini gördünüz.

Rəqibin ikinci qolundan əvvəl ayağıma zərbə var idi, hakim qeydə almadı. “Qəbələ”ylə matçda da azlıqda qalmağımıza baxmayaraq, yaxşı qol imkanlarımız var idi, yararlana bilmədik.

Saydığım oyunlardakı xalları itirməsəydik, indi üst pillələrin birindəydik. Amma yenə də həvəsdən düşmürük.

Fərq elə də böyük deyil. Uğur qazanmaq üçün qarşıdakı 9 oyunda əlimizdən gələni edəcəyik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"