“Neftçi”də ad-san yiyəsi oldu, indi də... “Qardaşımla eyni yerdə işləyir”

19 Mart 20:40 Araz-Naxçıvan 1 233
“Neftçi”də ad-san yiyəsi oldu, indi də... “Qardaşımla eyni yerdə işləyir”

“Səhv etmirəmsə, o, 10 il Azərbaycanda oynayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Naxçıvan”ın yarımmüdafiəçisi Vanderson Melo deyib.

Cari mövsümdən Azərbaycanda çıxış edən “sambaçı” vaxtilə ölkəmizdə legioner həyatı yaşamış braziliyalılardan kimi tanıdığını söyləyib:

“Denis Silva Kruzla eyni şəhərdənik. O, “Neftçi” azarkeşlərinin sevimli müdafiəçilərindən idi.

Bilirəm ki, Azərbaycan dilində danışa bilirdi. Denis yaşa məndən böyükdür deyə, yaxın münasibətimiz yoxdur.

Hazırda Braziliyada qardaşımla eyni yerdə çalışır. Həm işləyirlər, həm də futbol oynayırlar”.

Naxçıvan klubu Vanderson Kavalkante Melo ilə 1 mövsümlük müqavilə imzalayıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi son olaraq Ukraynada "Çernomorets"in uğurları üçün tər töküb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!