Azərbaycan klubunda QƏRİBƏ OLAY - Dünən getdi, bu gün qayıtdı

19 Mart 2024 10:40 Araz-Naxçıvan 3 710
Azərbaycan klubunda QƏRİBƏ OLAY - Dünən getdi, bu gün qayıtdı

“Araz-Naxçıvan” növbəti qəribə hadisə ilə üzləşib.

Muxtar Respublika təmsilçisi 1 gün öncə yola saldığı Elvis Maşikeni geri qaytarmalı olub.

Bölgə klubu konqolu yarımmüdafiəçi ilə 1 illik müqaviləyə vaxtından əvvəl xitam vermişdi. 30 yaşlı hücumameyilli oyunçu qarşılıqlı razılaşma əsasında kontrakta xitam verməyə razılaşmışdı.

Lakin…

Maşike 1 gün sonra düşərgəyə dönüb. O, klub funksionerləri ilə söhbətində «Tobol»la (Qazaxıstan) danışıqlar apardığını, hətta anlaşdığını, son anda isə aldadıldığını bildirib.

İddia edib ki, menecerərin fırıldağının üstünü açıb və Qazaxıstana getmək fikrindən daşınıb.

Mövsümün geridə qalan hissəsində Premyer Liqada cəmi 3 qol vura bilən afrikalı bundan öncə Maltada “Xamrun Spartan”ın formasını geyinib.

O, həmçinin Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!