COP29

"Nəticələr müsbət olarsa, növbəti mövsümdə də işimi davam etdirəcəm"

11 Aprel 02:40 Araz-Naxçıvan 826
"Nəticələr müsbət olarsa, növbəti mövsümdə də işimi davam etdirəcəm"

Bir neçə gün öncə "Araz-Naxçıvan”ın boş qalmış baş məşqçi postu Elmar Baxşıyevə həvalə edildi.

Sabiq "Qəbələ”li çətin bir vəziyyətdə götürdüyü komandanın durumunu turnir cədvəlində mümkün qədər yaxşılaşdırmalıdır.

Hətta nəzəri cəhətdən Avrokuboklara vəsiqə əldə etmək şansı da var. Bəs Baxşıyev hazırda nə doğma stadionunda oynayan, nə də qış fasiləsində güclənən bir komandada bunu etməyi bacaracaqmı?

Sportinfo.az xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında yeni işi, həm də mövsümdən gözləntiləri barədə fikirlərini bölüşdü:

"Uşaqların bacarıqlarına bələdəm, onları tanıyıram. Dəfələrlə həm rəsmi, həm də yoxlama oyunlarında qarşılaşmışıq.

Rəhbərlik yardımıma ehtiyac duyduğunu bildirdi. Çox düşünmədim. Ən qısa zaman ərzində turnir cədvəlindəki vəziyyəti düzəltməliyik. Məşqçi daim hər şeyə hazır olmalıdır”.

Baxşıyev, komandanı növbəti mövsüm üçün quracağını da dedi:

"Nəticələr müsbət və qənaətbəxş olarsa, növbəti mövsümdə də işimi davam etdirəcəm. Komandanı yeni mövsüm üçün quracağam”.

O, Naxçıvan təmsilçisinin hazırkı vəziyyəti ilə bağlı bunları söylədi:

"İlk məşqimizə çıxdıq. Qarşıdakı günlərdə komandanın "axsamasının” və zəif nəticələr göstərməsinin səbəblərini tapmağa çalışacağıq.

Azər müəllimin qurduğu heyət normal nəticələr qazanırdı. Futbolda uğurla yanaşı eniş də olur”.

Digər Xəbərlər
Xəbər Lenti