"Heyf o epizodlardan... " - "Qol orucu" tutan hücumçu

18 Mart 13:40 Araz-Naxçıvan 763
"Heyf o epizodlardan... " - "Qol orucu" tutan hücumçu

“Ümumi götürsək, oyun bizim üçün pis keçmədi.

Matça yaxşı başladıq. Fasiləyə qədər hesabı da açdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev Premyer Liqanın 27-ci turunda “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.

O, ikinci hissədə azlıqda qalmalarının matçın nəticəsinə təsir etdiyini vurğulayıb:

“İkinci hissəyə də pis başlamamışdıq. Lakin azlıqda qalmağımız bütün planları pozdu.

Qırmızı vərəqə oyunumuza təsir etdi. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı. Yekunda 1 xalla kifayətlənməli olduq”.

29 yaşlı forvard matçın ilk hissəsində bir neçə qol epizodunu qaçırmasına belə münasibət bildirib:

“Bəli, şanslarım var idi. Lakin fərqlənə bilmədim. Heyf o epizodlardan...

Amma ruhdan düşmürəm. Bundan sonra üzərimdə daha çox çalışacam ki, gələcəkdə bu cür şansları dəyərləndirim”.

O, çempionatdakı fasilənin “Araz-Naxçıvan”ın xeyrinə olacağını düşünür:

“Çempionatda fasilə yaranması bizim üçün müsbət məqamdır. Son dövrəyə daha yaxşı hazırlaşmaq üçün imkanımız olacaq.

Bizə xallar çox lazımdır. Qələbəyə ehtiyacımız var.

Hazırda turnir cədvəlində səkkizinci pilləyə enmişik. Lakin rəqiblərlə aramızda xal fərqi çox deyil.

Ardıcıl qələbələrlə turnir cədvəlində vəziyyətimizi xeyli yaxşılaşdıra bilərik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"