Ya dəli olacaqsan, ya da infarkt - Belə hücumçun varsa!

17 Mart 22:30 Araz-Naxçıvan 1 455
Ya dəli olacaqsan, ya da infarkt - Belə hücumçun varsa!

«Araz-Naxçıvan»da vəziyyət hədsiz gərgindir.

Ötən ilin dekabrından bəri bulanıq axan sular heç cür durulmur.

Durumun məhz belə hal almasını bilmək, görmək üçün düşərgəyə baş çəkməyə gərək yoxdur. Hər şey meydandan aydın görünür.

«Qəbələ» ilə qarşılaşmanın ilk yarısını Orxan Əliyev «zibillədi».

Azərbaycanda ikinci məşqçi tanımıram ki, Azər Bağırov qədər ona arxa dayansın, başına sığal çəksin, iç və kənar təsirlərdən qorusun

. Əliyev qaçırdığı qol sayına görə kral olub ey! «Araz» Orxanın üzündən qol epizodlarını ən çox puç edən iştirakçıya çevrilib.

Gözəyarı hesablamışam, o, sezonun başından bu tərəfə 20-dən artıq real fürsəti havaya sovurub. «Saç-baş yolduran hücumçu» ifadəsi elə Orxan tipində olanlar üçün yaranıb.

Öz ayağına güllə sıxmaq istəyirsənsə, Əliyevi komandana götür, əsas heyətdə oynat. Ya dəli olacaqsan, ya da infarkt olub xəstəxanaya düşəcəksən.

İkinci hissənin ortasında Kristian Avramla Turan Manafov «bir-birinə girdi».

Moldovalı qapıçı ilə yerli müdafiəçinin «söz atışması»nı şou kimi görməyin. «Araz»daxili ab-havanın necə korlanmasının əyani sübutu olaraq qəbul edin.

Belə atmosferdə qələbə qazanmaq, uğursuzluq zolağından yaxa qurtarmaq qeyri-mümkündür. Əlbəttə, balıq başdan iylənir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!