“Kim istəyər ki, səhv etsin? Onu yaddan çıxarmaq lazımdır”

16 Mart 21:30 Araz-Naxçıvan 413
“Kim istəyər ki, səhv etsin? Onu yaddan çıxarmaq lazımdır”

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 27-ci turunda öz meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur. Təəssüflənirəm ki, 3 xal qazana bilmədik. 3 xal bizim üçün çox vacib idi. "Qəbələ"yə uğurlar arzulayıram.

- Müdafiədə olan problemlərin səbəbi nədir?

- Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da sındırmaqdır. Yaddan çıxarmaq lazımdır. Kim istəyər ki, səhv etsin?

- Avrokuboklar uğrunda mübarizəniz davam edir?

- 32 xalımız var. Yuxarıdan 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var.

- Kadiri Momammed əvvəlki performansından uzaqdır. Bunun səbəbi nədir?

- Heyətimiz elə də geniş deyil. Bu gün hər kəs bizim üçün əsas heyətin oyunçusudur. Kadiri bu gün dəqiq deyil, sabah dəqiq ola bilər. Dua edək ki, növbəti oyunlarda qol vurar.

- Avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?

- Bu gün hesabda öndə idik. Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq. Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra ilk 3-lükdə ola bilərsən. Əlimizdə olan materiala uyğun hərəkət edirik. Pis futbol oynamırıq.

- Azlıqda qalmaq ehtimalına hazırlaşmamışdız?

- Düşünmürəm ki, hansısa məşqçi heyəti quranda qırmızı vərəqəni nəzərə alır. Sadəcə olaraq qırmızı vərəqədən sonra alternativləri fikirləşir. Azlıqda qalandan sonra müdafiəyə çəkilirsən.

Digər Xəbərlər
Xəbər Lenti