İDDİALI AÇIQLAMA: "Qarabağ" xaric, heç bir komanda deyə bilməz ki..."

14 Mart 23:40 Araz-Naxçıvan 1 026
İDDİALI AÇIQLAMA: "Qarabağ" xaric, heç bir komanda deyə bilməz ki..."

"Araz Naxçıvan" Tovuz səfərindən əliboş geri qayıtdı.

Premyer Liqanın 26-cı turunda "Turan Tovuz"un qonağı olan Muxtar Respublika təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzüldü.

Qarşılaşmadan sonra komandada bir bədbinlik hiss olunurdu. Həm son zamanlar nəticələrin yaxşı olmaması, həm də hakim səhvləri futbolçuların kefini pozmuşdu. Sanki erkən təslim olmaq görüntüsü vardı.

Amma komandanın təcrübəli simalarında olan Vadim Abdullayev Sportinfo.az-a açıqlamasında əsla belə düşünmədiklərini bildirib:

"Qəti. İstənilən şərtlər altında mübarizəyə davam edəcəyik. Düşünürəm ki, hər şeyə rəğmən bu il müsbət baxımdan ölkədə ən çox danışılan komanda bizik.

Həqiqətən, Azər müəllimin gördüyü iş göz qabağındadır. "Qarabağ" xaric, heç bir komanda deyə bilməz ki, bizdən üstündür.

Hər komandadan xallar almışıq. Halbuki birinci ilimizdir. Toplanış keçməyən komandayıq. Düzdü, hakimlərin bizə qarşı etdikləri adamı üzür. Lakin təslim olmaqdan söhbət gedə bilməz".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!