Premyer Liqa klubu: Ya 2 manat, ya 5 manat ver, ud, get evə! - FOTOLAR

10 Mart 14:00 Araz-Naxçıvan 753
Premyer Liqa klubu: Ya 2 manat, ya 5 manat ver, ud, get evə! - FOTOLAR

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun martın 10-da saat 15:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Tovuz klubundan verilən məlumatda o da qeyd olunur ki, oyundan sonra rəsmi tərəfdaş olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.

Şirkət tərəfindən təqdim olunan 4 növ məişət avadanlığı sahibini tapacaq.

Qaydalar çox sadədir! Əldə olunan bilet oyunun sonuna kimi saxlanmalıdır. Oyundan sonra lototrondan çıxarılacaq bilet kötükləri ilə seriya nömrələri üst-üstə düşən biletlər uduşlu sayılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"