Bu regionda futbol olacaq, amma… YENİ QƏRAR!

10 Mart 16:30 Araz-Naxçıvan 2 624
Bu regionda futbol olacaq, amma… YENİ QƏRAR!

Naxçıvan şəhər stadionu ilə əlaqəli yeni qərar verilib.

Ötən ilin mayından bəri istifadəsiz qalan arenanın ot örtüyü dəyişdiriləcək.

Burada süni meydança salınacaq.

Niyə belə? Naxçıvanın iqlim şərtləri ilə yerində tanış olan ekspertlər təbii qazonun saxlanmasının müşkülə dönəcəyi barədə rapot təqdim edib

Onların gəldiyi rəyə görə, qış ayları sərt keçdiyindən, yaşıl ot örtüyü sıradan çıxacaq. Üstəlik, su ilə təminatda problem yaranacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yenidənqurma layihəsinin işlənib hazırlanmasını tapşırıb. Bu məqsədlə yaxın günlərdə tender elan olunacaq.

Hələlik tenderdə 5 şirkətin iştirak edəcəyi dəqiqləşb. Onlardan 3-ü Türkiyə, 1-i Niderland, 1-i də Azərbaycan şirkətidir.

Xeyli müddətdir təmiri gündəmdə olan arenada işlərə martın sonu, aprelin əvvəlində start verilməsi gözlənilir.

Tenderə qatılacaq inşaat brendlərinin nümayəndələri stadionla bağlı araşdırma aparıb, görülməsi istənilən işlərlə tanış olub.

Şirkətlər qarşıdakı günlərdə öz qiymətləri ilə yerli Nazirlər Kabinetini tanış edəcək. Söhbət, təbii ki, kapital təmirdən gedir.

Bölgəni Premyer Liqada təmsil eləyən «Araz-Naxçıvan» mövsümün qalan hissəsini də Bakıda keçirəcək. «Ağ-qırmızı»ların rəqibləri ilə Mərdəkanda qarşılaşdığını yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!