Azərbaycanda sevilən məşqçi çətin duruma düşdü

9 Mart 23:20 Araz-Naxçıvan 978
Azərbaycanda sevilən məşqçi çətin duruma düşdü

Son 3 oyunda qələbə üzünə həsrət qalan “Araz-Naxçıvan” çətin sınaq qarşısındadır.

Muxtar Respublika təmsilçisi Premyer Liqanın 26-cı turunda səfərdə “Turan Tovuz”un qonağı olacaq.

Cari mövsümün kəşfi hesab olunan baş məşqçi Azər Bağırov bu oyunda iki önəmli futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Muhammed Kadiri ilə Miçpo Kuzmanoviç sarı vərəqə limitini doldurduqlarından, Tovuzda meydana çıxa bilməyəcəklər.

Hər iki legioner “Araz-Naxçıvan”ın əsas heyət üzvləridir.

Martın 10-da keçiriləcək “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması saat 15:30-da başlayacaq.

HƏBİB / APORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!