Klub rəhbərliyi təcili iclas çağırdı, VACİB QƏRAR qəbul olundu – SON DƏQİQƏ

5 Mart 15:00 Araz-Naxçıvan 2 308
Klub rəhbərliyi təcili iclas çağırdı, VACİB QƏRAR qəbul olundu – SON DƏQİQƏ

Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşən «Araz-Naxçıvan»da toplantı keçirilib.

Klub rəhbərliyi Azər Bağırovun məşqçi korpusu ilə bir araya gəlib.

İclasda komandanın «Zirə»yə (0:3) və «Sabah»a (0:2) yenilməsi geniş müzakirə olunub. İdarəçilər nəticələrdən narazılığını dilə gətirib.

Bildirilib ki, kollektiv 2024-cü ilə pis başlayıb, hədəflərindən uzaq düşüb. Qeyd olunub ki, gedişatı təcili dəyişmək lazımdır, əks halda, kadr islahatı aparılacaq.

Bu isə korpusun dəyişdirilməsi deməkdir. Diqqətə çatdırılıb ki, növbəti iki turda qələbə əldə olunmasa, Bağırov və köməkçiləri ilə yollar ayrılacaq.

«Araz-Naxçıvan» Premyer Liqanın 26-cı turunda «Turan Tovuz»la səfərdə qarşılaşacaq. Daha sonra Mərdəkanda «Qəbələ» ilə üz-üzə gələcəklər.

Muxtar Respublika təmsilçisi 25 tura 31 xal toplayıb. Bölgə klubu bu göstərici ilə turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!