“Hamımızı narahat edən... Nə bilim, çalışırıq da, görək”

6 Mart 15:00 Araz-Naxçıvan 846
“Hamımızı narahat edən... Nə bilim, çalışırıq da, görək”

“Hamımızı narahat edən son iki məğlubiyyətdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Xəbər verdiyimiz kimi, Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşən «Araz-Naxçıvan»da toplantı keçirilib. Klub rəhbərliyi Azər Bağırovun məşqçi korpusu ilə bir araya gəlib.

İclasda komandanın «Zirə»yə (0:3) və «Sabah»a (0:2) yenilməsi geniş müzakirə olunub. İdarəçilər nəticələrdən narazılığını dilə gətirib.

Bildirilib ki, kollektiv 2024-cü ilə pis başlayıb, hədəflərindən uzaq düşüb. Qeyd olunub ki, gedişatı təcili dəyişmək lazımdır, əks halda, kadr islahatı aparılacaq.

«Araz-Naxçıvan» Premyer Liqanın 26-cı turunda «Turan Tovuz»la səfərdə qarşılaşacaq. Daha sonra Mərdəkanda «Qəbələ» ilə üz-üzə gələcəklər.

Muxtar Respublika təmsilçisi 25 tura 31 xal toplayıb. Bölgə klubu bu göstərici ilə turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Bağırov iclasla bağlı bunları söyləyib:

“Komanda qeyri-stabil çıxış edir. Bunu yığışıb öz aramızda müzakirə etdik.

İçraçı direktorumuz Eldəniz Yusifovun başçılığı altında məşqçilər korpusu yığışdı. Xeyli müzakirə apardıq və bu vəziyyətdən çıxış yolunu bir yerdə axtarmağa çalışdıq.

Fikirləşdik ki, necə edək, komanda gələn oyunlara hazır olsun. Qabaqdan Tovuz səfəri gəlir.

Mövcud çatışmazlıqların həlli bugünkü gün bizim üçün çox önəmlidir. Nə bilim, çalışırıq da, görək.

Əslində, fövqəladə bir şey baş verməyib. Bəzi futbolçuların zədələnməsi, bəzi futbolçuların emosional düşüşü komandaya problemlər ayardır.

Biz bunları həm görür, həm də hiss edirik. İstəyirik ki, bu gedişata Tovuz səfərində son qoyaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!