Premyer Liqamıza üz tutan fransızın dərdi nədir?

4 Mart 17:20 Araz-Naxçıvan 668
Premyer Liqamıza üz tutan fransızın dərdi nədir?

“Araz-Naxçıvan”ın legioneri Aksel Nqandonun durumuna aydınlıq gəlib.

Premyer Liqa klubunun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, XXV turda “Sabah”la keçirilən oyunda zədələnən fransalı müdafiəçinin vəziyyəti ağır deyil.

Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 27-ci dəqiqəsində əvəzlənən 30 yaşlı orta sahə oyunçusunda budun arxa əzələsinin gərilməsi aşkarlanıb.

Nqando martın 5-dən fərdi məşqlər edəcək. Onun “Turan Tovuz”a qarşı keçiriləcək növbəti turun matçında iştirakı sual altındadır.

"Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da baş tutacaq. Naxçıvan təmsilçisi hazırda 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"