Bu klubda ağzına su alan baş məşqçiyə çörək yoxdur, qovmaq var!

4 Mart 09:40 Araz-Naxçıvan 1 859
Bu klubda ağzına su alan baş məşqçiyə çörək yoxdur, qovmaq var!

Medallara (avrokuboklar) iddialıların sıraları tədricən seyrəlməkdədir.

«Araz-Naxçıvan» bu mübarizədən böyük ölçüdə qopdu.

Sezona əla başlayan, ard-arda sürpriz qələbələrə imza atan «Araz» indi o deyil, çox geriləyib.

Bunun da obyektiv və subyektiv səbəbləri çoxdur, hansı ki, Azər Bağırov «Sabah»la qarşılaşmadan sonra verdiyi ayaqüstü açıqlamada problemlər haqda ötəri danışdı, dərinə getmədi.

Hakimlikdən isə mətbuat konfransında danışdı. «Danışdıqca adam lap batır» ifadəsi ilə fikirlərini yekunlaşdırdı.

Xeyr, Bağırov, xeyr! Bu, o vaxtlar idi, indi gərək danışasan.

Susan məşqçiyə çörək yoxdur. Susduqca, daha çox başından gələcəklər, olan və qalan hər şeyi vurub əlindən alacaqlar.

Danışmalısan, bir-bir deməlisən. Nə görmüsənsə, nə bilirsənsə, hamısını.

Allahdan gizlin deyil, bəndəyə niyə sir qalsın ki..? Qoy, ictimaiyyət «Araz»ı göydən yerə çırpan səbəbləri eşitsin, səbəbkarları tanısın.

Məğlubiyyətin bir gedib, biri gələcək, axırda özünü də atacaqlar eşiyə. Bunumu istəyirsən?

Sən söylə, Fuad Nəcəfli və Zaur Axundov da gerçəklərdən xəbərdar olsun. Biri sənə Premyr Liqanı tanıdandır, biri də işləməyə şərait yaradan.

Qalanları isə…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!