Premyer Liqa təmsilçisi bu gün - Bankomata yaxınlaşın, maaşınızı ödəyəcəyik

28 Fevral 14:20 Araz-Naxçıvan 719
Premyer Liqa təmsilçisi bu gün - Bankomata yaxınlaşın, maaşınızı ödəyəcəyik

«Araz-Naxçıvan»ın futbolçularının intizarı bu gün bitəcək.

Muxtar Respublika təmsilçisi oyunçularına olan maaş borcunu gün ərzində ödəyəcək.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib. Bildirilib ki, yaranmış vəziyyət AFFA vasitəsilə ayrılan vəsaitin büdcəyə nəzərdə tutulan vaxtdan xeyli gec daxil olmasıyla əlaqədardır.

O da qeyd edilib ki, adətən, əməkhaqqılar hər ayın əvvəlində (5-10-u aralığında) köçülür. «Ağ-qırmızılar» ötən müddətdə belə bir problemlə üzləşməyib.

Maddi çətinliklər bu ilin əvvəlindən hiss olunmağa başlayıb.

Təsadüfi deyil ki, Naxçıvan klubu qış fasiləsində cəmi 2 yeni oyunçunu sıralarına qata bilib.

Onlardan İldar Ələkbərov «Sabah»dan icarəyə götürülübsə, «Neftçi»dən ayrılan Ruslan Nəsirli ilə 2000 manat maaş qarşılığında ilyarımlıq müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti