COP29

Azərbaycanda baş məşqçi niyə istefa vermək istəyir?

27 Fevral 14:40 Araz-Naxçıvan 2 495
Azərbaycanda baş məşqçi niyə istefa vermək istəyir?

«Araz-Naxçıvan»da vəziyyətin qarışıq olması məlumdur.

Bildirmişdik ki, Premyer Liqada növbəti baş məşqçi ayrılığı xəbərinin bu klubdan gələcəyi gözlənilir.

«Zirə»yə 0:3 hesabıyla uduzan Muxtar Respublika təmsilçisində Azər Bağırovun istefa ərizəsi yazması gündəmdədir.

2022-ci ilin yazından bəri region komandasını çalışdıran «Pro» kateqoriyalı mütəxəssisin klubdaxili proseslərdən narazı olması bildirilir.

Onun rəhbər şəxslərlə görüşmək istədiyi və bu barədə qərarını açıqlayacağı gələn məlumatlar içindədir.

Redaksiyamıza sızan informasiyaya görə, Bağırov belə şəraitdə çalışmaqdan yorulub.

Onu usandıran başlıca səbəb verilən əksər vədlərin yerinə yetirilməməsi, maliyyə çətinliyinin özünü getdikcə daha çox göstərməsidir.

Məsələn, komanda hələ də yanvar ayının əməkhaqqısını almayıb.

Məsələn, «katapult» bir həftədən çoxdur işləmir.

Məsələn, mükafatların məbləğində azalma var.

Məsələn, mediasta (vitamin və digər tibbi vasitələr) ayrılan vəsaitin miqdarı yarıbayarı aşağı salınıb.

Məsələn, çempionatda əldə edilən 1 xala görə ödəmələr dayandırılıb.

Ümumiyyətlə, aylardır klubda problem əlindən tərpənmək olmur. Sadaladıqlarımız onların yalnız bir hissəsidir.

Bütün bunlar azmış kimi, idarəçilərdən bir neçə nəfər futbolçular arasında baş məşqçinin əleyhinə söhbətlər aparır. Onu gözdən salmağa çalışırlar.

Bağırov «Araz»ı Region Liqasında götürüb. İlk ilində onu bürünc medalçı edib. Ötən mövsüm isə komandaya I Liqanın çempionu titulunu qazandırıb.

Premyer Liqanın 24 həftəsində 31 xavl toplayan kollektiv turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Cari «futbol ili»ndə 4 klub baş məşqçi dəyişikliyinə gedib. Azər Məmmədov «Kəpəz»dən, Adrian Mutu «Neftçi»dən, Murad Musayev «Sabah»dan, Elmar Baxşıyev «Qəbələ»dən ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!