COP29

Premyer Liqada 5-ci baş məşqçi ayrılığı bu klub olacaq? – SON DƏQİQƏ

26 Fevral 15:00 Araz-Naxçıvan 2 687
Premyer Liqada 5-ci baş məşqçi ayrılığı bu klub olacaq? – SON DƏQİQƏ

Premyer Liqada növbəti baş məşqçi ayrılığı xəbəri, deyəsən, «Araz-Naxçıvan»dan gələcək.

Dünən «Zirə»yə 0:3 hesabıyla uduzan Muxtar Respublika təmsilçisində Azər Bağırovun istefa ərizəsi yazması gündəmə gəlib.

2022-ci ilin yazından bəri region komandasını çalışdıran «Pro» kateqoriyalı mütəxəssisin klubdaxili proseslərdən narazı olması bildirilir.

Onun rəhbər şəxslərlə görüşmək istədiyi və bu barədə qərarını açıqlayacağı gələn məlumatlar içindədir.

Redaksiyamıza sızan informasiyaya görə, Bağırov belə şəraitdə çalışmaqdan yorulub.

Onu usandıran başlıca səbəb verilən əksər vədlərin yerinə yetirilməməsi, maliyyə çətinliyinin özünü getdikcə daha çox göstərməsidir.

Bağırov «Araz»ı Region Liqasında götürüb. İlk ilində onu bürünc medalçı edib. Ötən mövsüm isə komandaya I Liqanın çempionu titulunu qazandırıb.

Premyer Liqanın 24 həftəsində 31 xavl toplayan kollektiv turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Cari «futbol ili»ndə 4 klub baş məşqçi dəyişikliyinə gedib. Azər Məmmədov «Kəpəz»dən, Adrian Mutu «Neftçi»dən, Murad Musayev «Sabah»dan, Elmar Baxşıyev «Qəbələ»dən ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"