
«Araz-Naxçıvan» gözlənilməz problemlə üzləşib.
Avrokuboklara iddia etdiyini açıqlayan klub ötən ilin yayında bağladığı müqavilə şərtlərini yerinə yetirməyib.
Şirkətlərdən biriylə «katapult»un işlənməsinə dair sənəd imzalayan Muxtar Respublika təmsilçisi ödəməni həyata keçirməyib. Nəticədə komanda bir neçə gündür ki, texniki vasitədən istifadə edə bilmir.
«Katapult» söndürüldüyündən, gündəlik məşqlərdən ondan istifadə etmək mümkün olmayıb.
«Araz»ın futbolçuların fiziki hazırlıq səviyyəsini, həmçinin sağlıq durumunu incələmək kimi bir çox xüsusiyyətləri özündə birləşdirən «katapult»un ən ucuz versiyalarından birini seçməsini də bildirək.
Əlbəttə, bu çox pis haldır. Naxçıvan təmsilçisinin rəhbərliyi belə məsələrə diqqətli olmalıdır.
Sabah həmin şirkət müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə klubu məhkəməyə versə, necə olacaq? «Katapult» nə böyük pul aparır ki, ona görə ödəmə etmək problemə çevrilsin?
Böyük ehtimalla, «Araz»ın əsas fiqurantlarının bundan xəbəri yoxdur. Xəbərləri olsaydı, bu işə məsul icraçı şəxslərin özlərini cəzalandırardılar.
SPORTİNFO.AZ