COP29

Premyer Liqa klubunda “premiya” narahatlığı: “Bir gün tez, bir gün gec”

23 Fevral 23:40 Araz-Naxçıvan 564
Premyer Liqa klubunda “premiya” narahatlığı: “Bir gün tez, bir gün gec”

“Araz-Naxçıvan” yaxşı mənada təəccübləndirməkdə davam edir.

Ötən il aşağı dəstədə çempionluğu bayram edərək Premyer Liqaya yüksələn Muxtar Respublika təmsilçisi yayda çətin durumda idi.

Komandanın gələcəyi ilə bağlı narahatlıq hökm sürürdü. İyulda gələn xoş xəbərdən sonra komanda 1 ayın içində formalaşaraq mübarizəyə başladı.

Azər Bağırovun tez-tələsik yığdığı komandanın ortabablardan hesab olunacağı, üçüncü dövrədə avrokuboklara iddialılardan biri kimi göstəriləcəyi inandırıcı görünmürdü.

Hazırda 31 xala sahib olan “qırmızılar”ı ikinci sıradakı “Sumqayıt”dan cəmi 5 xal ayırır.

Gəzən söhbətlərə görə, ümidverici vəziyyətə baxmayaraq, mükafat sistemi lazımi səviyyədə “işləmir”. Bu isə futbolçulara istər-istəməz öz təsirini göstərir.

Məsələn, “Neftçi”ylə matçdakı qələbəyə görə vəd olunan mükafat “Səbail”lə oyuna qədər paylanmamışdı. “Dənizçilər”lə səfərdə qazanılan 1 xala görə “premiya”nın verilib-verilməyəcəyi də qeyri-müəyyəndir.

Üstəlik, təyin olunan məbləğ digər klubların verdiklərindən azdır.

Komandanın braziliyalı futbolçusu Vanderson Melo Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı açıqlama verib:

“Bizdə maliyyə ilə bağlı problem yoxdur. Nə söz verilibsə, alırıq. Qalır nəticə qazanmaq.

Mükafat həmişə olmur ki. Udanda, iddialı rəqiblərlə heç-heçə edəndə verilir. Bir gün tez, bir gün gec, alırıq. Narahatlıq yoxdur”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"