“Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə

20 Fevral 2024 03:20 Araz-Naxçıvan 632
“Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə

"Araz-Naxçıvan"ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib.

“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda “25”i keçib.

Əliyev bu qollarını üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib.

Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan