COP29

Baş məşqçinin yeni forvard axtarışına yetirməsindən parlaq REAKSİYA

20 Fevral 23:00 Araz-Naxçıvan 743
Baş məşqçinin yeni forvard axtarışına yetirməsindən parlaq REAKSİYA

Qış fasiləsində "Araz Naxçıvan"nın baş məşqçi Azər Bağırov mətbuata açıqlamalarında daha çox hücum xəttinin işgüzarlığının aşağı olmasından şikayət edirdi.

Bu da səbəbsiz deyildi. Axı ilk iki dövrədə 3 qol, 1 asistlə yadda qalan forvard Elvis Maşukedən necə razı qalmaq olardı?

Konqoludan nisbətən fəal olan digər hücumçu Orxan Əliyevin aktivində olan 5 qol, 1 asist də Bağırovu razı sala bilməzdi.

Belədə sivir ucdan davamlı şikayətlər anlaşılan idi.

Amma arxada qalan müddətdə çalışdırıcı heç bir vəclə axtardığı hücumçunu da tapa bilməyib.

Deyəsən, buna ehtiyac da qalmayacaq.

Hər halda, qış fasiləsindən sonra kapitanlıq sarğısını qoluna taxan Orxanın göstərdiyi performans belə düşünməyə ciddi əsas verir.

28 yaşlı oyunçu liderlik keyfiyyətini ortaya qoymaqdadır.

Onun Premyer Liqanın ikinci yarısının ilk 5 matçında vurduğu 4 qol və etdiyi 1 asist buna əyani sübutdur.

Aşağı-yuxarı eyni göstəricini Orxan bütövlükdə mövsümün birinci yarısı bacarmışdı.

Və ən önəmlisi "10 nömrə"nin vurduğu qolların dəyərli olmasıdır.

Belə ki, "Neftçi" ilə matçda Orxanın son dəqiqələrdə fərqlənməsi komandasının aktivinə 3 xal, "Səbail"lə son görüşdəki dublu isə 1 xal yazdırıb.

İndi qalır parlaq çıxışı stabil davam etdirmək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"