COP29

“Təəssüf, bu fürsəti qaçırdıq, mən belə sonluq gözləmirdim”

15 Fevral 21:00 Araz-Naxçıvan 1 165
“Təəssüf, bu fürsəti qaçırdıq, mən belə sonluq gözləmirdim”

“Premyer Liqanın yolu uzundur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Mohammed Kadiri deyib.

Qanalı yarımmüdafiəçi avrokuboklara vəsiqə çempionat yolu ilə əlçatan görünür:

“Fikrimcə, kubok yolu daha qısa olardı. Burada ümumilikdə 6-7 oyun keçirməklə hədəfə çatmaq mümkündür.

Üstəlik, bəzi anlarda həlledici rolu psixoloji hazırlıq oynayır. Həm də avrokuboklar uğrunda “Qarabağ” xaric, 6-7 komanda mübarizəyə girişib.

Belə baxanda, hər iki yarış gərgin keçir. Kubokdan vəsiqə qazanmaq şansımız daha real görünürdü.

Təəssüf ki, “Qəbələ”yə uduzmaqla bu fürsəti qaçırdıq. Mən bu cür sonluq gözləmirdim.Yarımfinala çıxacağımızə əmin idim.

Qəbələdə sadə qollar buraxdıq və məğlub olduq. İndi bütün fikrimiz çempionata yönəlib.

Turnir cədvəlində sıxlıqdır. Bir qələbə daha ilə yuxarı, hətta ikinci pilləyə qalxa bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"