COP29

"Neftçi"yə qənim kəsilən, ayrılığın qapısından dönən, ürəyi yerinə gələn

14 Fevral 23:40 Araz-Naxçıvan 897
"Neftçi"yə qənim kəsilən, ayrılığın qapısından dönən, ürəyi yerinə gələn

Sonuncu dəfə ötən il, dekabrın 15-də qələbə hesabı ilə meydanı tərk eləmişdilər.

Aradan 6 rəsmi oyun keçdi. Qazana bilmədilər.

Dünən Mərdəkanda «şeytanın qıçını sındırdılar».

Baş məşqçi əlini ürəyinin üstünə qoydu, dərindən bir nəfəs aldı, gözlərinə işıq gəldi.

İstefanın biraddıilığından döndü. Final fiti verildi, futbolçularına tərəf addımladı, kimisini qucaqladı, kimisinin əlini sıxdı.

Həyata dönmüşdü.

Söhbət «Araz-Naxçıvan» və onun Premyer Liqada birinci ilini keçirən çalışdırıcısı Azər Bağırovdan gedir.

Kubokla ¼ final mərhələsində vidalaşan Muxtar Respublika komandasının bütün arzuları artıq yalnız çempionatla bağlıdır.

«Neftçi»ni mövsüm ərzində ikinci dəfə məğlub etməyin gətirdiyi sevinc hissini özünəinamə döndərsələr, hələ çox iş görəcəklər.

«Araz-Naxçıvan» liderlər qrupuna təkrar yaxınlaşdı. Azər Bağırovun xidmətidir bu. Klub rəhbərliyi bütün tərəddüdlərini bir boğçaya yığıb, mövsümün sonunadək onu sakit buraxmalıdır. İtirmək asan, tapmaq çətin məsələdir.

«Neftçi»ni oynayıb uddular. Qonaq qapısını yaxın və uzaq məsafədən yoxladılar. Yenə Orxan Əliyevlə 3 xalı qazandılar.

Sezonun ilk iki qarşılaşmasında da «Neftçi»nin qapısına yol tapan bu hücumçunu bəyənərəm.

Çəkisini bir qədər aşağı salıb, fikrini yalnız meydana versə, «Araz-Naxçıvan»ı qanadlandırmağa davam edəcək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"