Premyer Liqa klubunda 4 nəfərin qolunda gəzən müəmmaya aydınlıq gəldi

14 Fevral 2024 16:40 Araz-Naxçıvan 1 303
Premyer Liqa klubunda 4 nəfərin qolunda gəzən müəmmaya aydınlıq gəldi

“Araz-Naxçıvan”da kapitanlıq sarğısı qol dəyişir.

Mövsümün startından bu yana bazubənd Numan Kurdiçə tapşırılmışdı.

Sonuncu dəfə “Kəpəz”ə məğlubiyyət zamanı sarğı Kurdiçin qolundaydı.

Lakin ölkə kuboku çərçivəsində “Qəbələ”ylə cavab matçında Kurdiçin yoxluğunda komandanı meydana Muhammed Kadiri çıxarmışdı. Düşünmək olardı ki, Kadiri vitse-kapitandır və Numanı müvəqqəti əvəz edib.

“Neftçi”ylə oyunda tam fərqli mənzərəyə şahidlik edənlər təəccübünü gizlədə bilmədi. Bu dəfə Kurdiç də ilk dəqiqələrdən meydandaydı, Kadiri də. Lakin sarğı Orxan Əliyevə tapşırılmışdı. Əliyev əvəzlənəndən sonra isə kapitanlıq Turan Manafova keçdi.

Əksəriyyətdə şübhə və sual yaradan məqama aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Azər Bağırovla danışdıq:

“Bir neçə gün öncə kapitanlıqla bağlı klubdaxili məsləhətləşməmiz oldu. Müzakirələrin sonunda qərara aldıq ki, sarğı yerli futbolçulara tapşırılsın. Sırf bununla bağlıdır, xüsusi səbəbi yoxdur”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!