"Bu qələbə ilə çox şeyləri geri qaytara bildik" - Azər Bağırov

13 Fevral 2024 22:10 Araz-Naxçıvan 979
"Bu qələbə ilə çox şeyləri geri qaytara bildik" - Azər Bağırov

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 22-ci turunda öz meydanında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyun mənim üçün çox maraqlı keçdi. Qol epizodlarımız oldu. Sona qədər səbrli müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə tapdıq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”