COP29

Klubda TƏCİLİ İCLAS - Baş məşqçi ilə bağlı QƏRAR AÇIQLANDI

12 Fevral 16:00 Araz-Naxçıvan 1 819
Klubda TƏCİLİ İCLAS - Baş məşqçi ilə bağlı QƏRAR AÇIQLANDI

Yeni ilə uğursuz start verən «Araz-Naxçıvan»da təcili iclas keçirilib.

Klub rəhbərliyi məşqçi və futbolçu heyətini bir araya gətirib.

Yığıncaqda komandanın çıxışı geniş müzakirə olunub, nəticələrdən narazılıq ifadə edilib.

Bildirilib ki, maliyyə öhdəlikləri yerinə yetirilsə də, son aylarda göstəricilər inanılmaz dərəcədə pisləşib, ölkə kubokunda qarşıya qoyulan məqsəd yerinə yetiriləyib.

O cümlədən, Premyer Liqanın geridə qalan həftələrində qeydə alınan nəticələr «Araz»ı hədəflərindən uzaq salıb. «Kəpəz»ə 1:3 hesablı məğlubiyyət nəticəsində turnir cədvəlində 6-cı pilləyə endikləri vurğulanıb.

Yönətim Azər Bağırovu tənbeh və tənqid edib. Öncəki fəaliyyəti nəzərə alınaraq, baş məşqçiyə qısamüddətli möhlət verilib.

Gənc mütəxəssisin diqqətinə çatdırılıb ki, Premyer Liqanın qarşıdakı turunda «Neftçi» ilə oyun da daxil olmaqla, ardıcıl 2-3 həftə qələbə qazanılmasa, onunla yollar ayrılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"