Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Naxçıvanlılar bu matçdan əvvəl həkimlərdən sevindirici xəbər alıb.
Belə ki, komandanın aparıcı futbolçularından olan müdafiəçi İqor Ribeyro meydana çıxa biləcək.
Son iki görüşdə zədə səbəbindən oynamayan braziliyalı futbolçu Qəbələdə iş başında olacaq.
Abdulla Rzayevin müalicəsi isə hələ də davam edir. O, “Qəbələ”yə qarşı forma geyinə bilməyəcək.
Komandalar arasında Bakıda baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Cavab oyunu fevralın 9-da saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

