"Araz-Naxçıvan" kubok matçına 1 itki ilə çıxacaq

8 Fevral 2024 22:40 Araz-Naxçıvan 616
"Araz-Naxçıvan" kubok matçına 1 itki ilə çıxacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün Qəbələ şəhər stadionunun ehtiyat meydanında oyunöncəsi son məşqini keçib.

Sportinfo.az xəbər verir ki, təxminən 1 saat davam edən taktiki-texniki məşq prosesində müalicəsini davam etdirən Abdulla Rzayev iştirak etməyib.

Əvəzində İqor Ribeyro və Ramin Nəsirli kollektivə qoşulub. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə sabahkı görüşdə iştirak etmək gücündədir.

“Qəbələ” – “Araz-Naxçıvan” oyunu fevralın 9-da, saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!