Aylardır Bakıya sığınan MR klubu indi də bölgəyə “köçdü”

6 Fevral 2024 23:40 Araz-Naxçıvan 2 522
Aylardır Bakıya sığınan MR klubu indi də  bölgəyə “köçdü”

“Araz-Naxçıvan” Bakını Qəbələyə dəyişib.

Muxtar Respublika təmsilçisi bir neçə gün burada qalacaq, hazırlığını Qəbələdə davam etdirəcək.

Buna səbəb Azər Bağırovun rəhbərlik etdiyi kollektivin ölkə kubokunda növbəti görüşünü yerli komandaya qarşı keçirməsidir.

Fevralın 5-də Qəbələdə “Kəpəz”lə qarşılaşan naxçıvanlılar fevralın 9-da “Qəbələ” ilə oynamalıdır.

Odur ki, Bağırov komandasının Bakıya qayıtmasını məqsədəuyğun saymayıb. Əlavə vaxt itkisi və yorğunluğu göz önünə alan 39 yaşlı çalışdırıcı rəhbərlikdən Qəbələdə məskunlaşmaq üçün şərait yaradılmasını xahiş edib.

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Araz-Naxçıvan” – “Qəbələ” dueli 1:1 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!