Aparıcı çempionatlarda oynadı, Azərbaycana gəldi, gördüklərindən şoka düşdü!

5 Fevral 2024 20:40 Araz-Naxçıvan 961
Aparıcı çempionatlarda oynadı, Azərbaycana gəldi, gördüklərindən şoka düşdü!

Azərbaycanda top qovan legionerlər buradakı həyat səviyyəsindən və ən əsası əmin-amanlıqdan ağızdolusu danışır.

Belələrindən biri də “Araz-Naxçıvan”ın legioneri Muhammed Kadiridir.

27 yaşlı futbolçu baxımlı futbolçu karyerasına malikdir.

Qanalı vaxtilə Avstriyada “Austriya Vyana”nın, Rusiya Premyer Liqasında Tula “Arsenal”ının, Ukraynada Kiyev “Dinamo”su ilə Odessa “Çernomorets”inin, Macarıstanda “Honved”in uğurları üçün tər töküb.

Tanınmış klublarda zəngin təcrübəyə malik olan Kadiri yaydan bu yana Muxtar Respublika təmsilçisinin şərəfini qoruyur ki, bu müddətdə inamlı oyun və vurduğu baxımlı qollarla diqqət çəkməyi bacarıb.

Muhammed Azərbaycanda yaşamaqdan zövq alır. O, bununla bağlı Sportinfo.az-a açıqlama verib:

“Bakıda yaşamaqdan zövq alıram. Ölkəniz haqda müəyyən məlumatlar almışdım.

Amma bu dərəcədə olacağını gözləmirdim. Şəhər, insanlar, ən əsası təhlükəsizlik ürəyimcədir.

Azərbaycanda yaşamamaq üçün hansısa səbəb görmürəm. Rus dilində müəyyən sözlər bilirəm: privet, kak dela, normalno, levo, pravo, xoroşo.

Yadında əsasən bunlar qalıb. Azərbaycan dilində “necəsən, yaxşıyam, gəl bura” sözlərini öyrənmişəm.

Zamanla daha çox öyrənəcəyimə inanıram. Bakıda yemək məsələsində problemlə üzləşmirəm.

Daha çox Afrika təamlarına üstünlük verirəm ki, buradakı restoranlarda mənə lazım olan yeməkləri bişirirlər.

Azərbaycanda Afrikadan olanların sayı kifayət qədərdir. Bunun özü də mənim üçün çox yaxşıdır”.

Muhammed Kadiri “Araz-Naxçıvan”ın heyətində meydana çıxdığı 20 qarşılaşmada 4 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!